ABŞ Prezidentinin 2021-ci
il aprel ayındakı çıxışlarının birində qondarma “erməni soyqırımı”nı
tanıyacağını qeyd edib. Bu isə haqlı olaraq həm Türkiyənin, eləcə də Azərbaycanın
siyasi qurumlarının və partiyalarının etirazına səbəb olmuşdur. Məlumdur ki,
Birinci Dünya müharibəsi illərində yaranmış döyüş şəraiti, aclıq və xəstəlikdən
çox sayda erməni həlak olmuşdur. Bu hadisəni məqsədyönlü şəkildə unutduran erməni
lobbisi sonradan bu hadisənin səbəbkarı kimi türkləri günahlandırmağa
çalışmışdır. İllərdir bu hadisəni qondarma “erməni soyqırımı” kimi dünyaya
tanıtdırmağa çalışan erməni cəlladları və şərəfsizləri çox təəssüflər olsun ki,
Amerika kimi dövlətdə belə özlərinə tay olan və dəstək verən kimsələri tapa
bilirlər. Amerika Prezidentinin heç bir
sübutu və əsası olmayan “erməni soyqırımı”nı tanıması və onu dünya qarşısında
dilə gətirməsi ədalətsizlikdən və riyakarlıqdan başqa bir şey deyildir. Əgər
real tarixi hadisələrə nəzər salsaq o zaman Co Bayden kimi ədalət tərəzisini
pozmağa çalışan dövlət başçıları və siyasətçilər görərlər ki, ermənilərin biz
türk dünyasına qarşı törətdikləri terror hadisələrinin və soyqırımlarının
sayı-hesabı yoxdur. Buna misal olaraq Avropa dövlətlərində türk diplomatlarının
qətlə yetirilməsi, o cümlədən, 1918-ci il Mart soyqırımı, 1992-ci il Xocalı soqırımı
və yüzlərlə, minlərlə erməni vəhşiliklərini əks etdirən tarixi hadisələr zamanı
on minlərlə azəri türklərinin qətlə yetirilməsi bunu bir daha sübut edir. Əlbəttə
ki, hansı tarixi dövrü vərəqləsək, ermənilərin insanlığa sığmayan bu kimi soyqırım hadisələrini görəcəyik. Yerlərin, göylərin
və tarixin şahid olduğu bütün bu hadisələr isə ermənilərin necə bir terror dövləti
olduğunu bir daha sübut edir. Həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətinin, siyasi
partiya və qurumlarının Co Baydenin etdiyi ədalətsiz çıxışa etirazları əlbəttə
ki, haqq işidir. Tarixi saxtalaşdıran, ikiüzlü siyasət yeridən, amma dünyaya
özünü “ədalət mücəssiməsi”, “haqqın qoruyucusu” kimi göstərən dövlətlərə və
“dövlət başçılarına” hər birimiz yerini və ədaləti mütləq göstərməliyik !
İnanırıq ki, həmişə olduğu kimi haqq, dürüstlük və tarixi reallıq qalib gələcək
və erməni saxtakarlığı, riyakarlığı və ermənipərəst siyasətçilər ifşa olunacaq
və öz layiqli tarixi cəzalarını alacaqlar!
Elsevər Hümbətov,Xocalı rayonundan məcburi köçkün